Twitter təsdiqlənmiş istifadəçilərə pul ödəyəcək
Twitter mikrobloqinq xidməti təsdiqlənmiş hesabların sahibləri üçün məzmundan pul qazanmağın yeni üsulunu təqdim edib. Bu məqsədlər üçün şirkətin 5 milyon dollar ayırdığı bildirilir. Bununla bağlı sosial şəbəkənin sahibi İlon Mask Twitter-də məlumat yerləşdirib.
Yeni monetizasiya metodu yalnız təsdiqlənmiş istifadəçilər üçün əlçatan olacaq.
Xatırladaq ki, 2023-cü ilin may ayında əvvəllər NBCUniversal-da qlobal reklam və tərəfdaşlıq şöbəsinin rəhbəri olan Linda Iaccarino Twitter-in baş direktoru olub.
Yeniliklər onun şirkətdəki yeni reklam siyasətinin bir hissəsi kimi qəbul edilir.