Bank

Kazımov deyir ki, uçot dərəcəsinin işləməsi çox böyük və mürəkkəb prosesdir

“Azərbaycanda uçot dərəcəsinin işləməsi çox böyük və mürəkkəb prosesdir. Buna zaman lazımdır”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Bununla yanaşı, o qeyd edib ki, rəhbərlik etdiyi qurum uçot dərəcəsini dəyişən kimi banklararası faiz dərəcələri dəyişməyə başlayır: “Bu da o deməkdir ki, artıq bu transmissiya işləməyə başlayıb. Hədəfimiz odur ki, faizlər qısamüddətli olsun. Hazırda uçot dərəcəsinin effektivliyi qeyri-qənaətbəxşdir. Amma biz komanda olaraq çox şadıq ki, bu transmissiya işləməyə başlayıb. Daha effektiv olanda bunun kredit və depozit faizlərində də təsirini görəcəyik. Hər ay banklarla görüş keçiririk ki, bu sistem effektiv olsun”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)