Hesabatlar

Azərbaycanın xaricdən aldığı kreditlərə görə nə qədər faiz ödəyir? - MƏBLƏĞ

Azərbaycanın bu ilin yanvar-mart aylarında xarici kreditlərdən istifadəyə görə 63.5 mln dollar faiz ödəyib. ENA.az xəbər verir ki, Tədiyyə balansına görə, ölkənin ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.2 mlrd.$ kəsir, qeyrineft-qaz sektoru üzrə isə 0.2 mlrd.$ profisit olub.

nəticədə ilkin gəlirlər balansında kəsir 1% azalaraq 1.0 mlrd.$ təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.8 mlrd. dollar olub. Bunun 77%-i 1.4 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlərdir. Bu məbləğin isə əsas hissəsini (1.1 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (160.1 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (63.5 mln.$) və digər ödənişlər (90.4 mln.$) təşkil edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)