Azərbaycanın xarici borcu artıb - MƏBLƏĞ
2023-cü ilin I rübü üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1.1 mlrd. dollar azalıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (58.6 mln.$), portfel investisiyaları (-452.7 mln.$) və digər investisiyalar (-724.2 mln.$) hesabına formalaşıb.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 184.3 mln. dollar artıb. Bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (- 606.6 mln.$), neft bonusu (450.2 mln.$), portfel investisiyaları (-590.2 mln.$) və digər investisiyalar (930.9 mln.$) hesabına formalaşıb.