Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülür? - TOP-5
2023-cü ilin yanvar-mart aylarında şəxlər tərəfindən Azərbaycana 451,539 milyon dollar pul köçürülüb. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2022-ci ilin birinci rübünün göstəricisindən 88,1% çoxdur.
Köçürmələrin 69,2%-i Rusiyadan gəlib. Azərbaycana şimal qonşusundan 312,629 milyon dollar dollar (artım 3,1 dəfə) pul gəlib. Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($32,635 milyon, artım 39,3%), ABŞ ($15,844 milyon, azalma 2,1 dəfə), BƏƏ ($7,661 milyon, artım 20,6%) və Böyük Britaniya ($9,194 milyon, artım 17,9%) daxildir.
AMB-nin məlumatına görə, 2023-cü ilin birinci rübündə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 12,6% azalaraq $132,4 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($34,149 milyon, azalma 16,6%) tutur. İl ərzində Azərbaycandan bütün köçürmələrin 25,8%-i (2022-ci ilin yanvar-mart aylarında 27%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($12,773 milyon, azalma 18,5%), ABŞ ($12,711 milyon, azalma 14,8%), RF ($19,879 milyon, azаlmа 3,9%) və Böyük Britaniya ($6,033 milyon, azalma 2,1 dəfə) daxildir.
2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $3 milyard 620,117 milyon (2021-ci illə müqayisədə artım 3,2 dəfə), Azərbaycandan köçürmələrin həcmi $664,798 milyon (artım 0,5%) təşkil edib.