"Əmlak sığortası ajiotajı"nın nəticəsi - müqavilələrin sayı 2 dəfə artıb
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda sığortaçılar 1 milyon 628,279 min sığorta müqaviləsi bağlayıb. Bu 2022-ci ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə çoxdur.
ENA.az xəbər verir ki, sığorta müqavilələrinin əksəriyyəti könüllü sığorta növləri üzrə bağlanıb və ümumi portfelin 72,7%-ni təşkil edir. Rəqəmlə ifadə etsək, 1 milyon 183,962 min ədəd könüllü sığorta müqaviləsi bağlanıb, bu isə ötən ilin eyni dövründəkindən 3,3 dəfə çoxdur.
Həyat sığortası üzrə 921 434 min müqavilə (artım 3,8 dəfə), qeyri-həyat sığortası üzrə 262 528 min (artım 2,2 dəfə), o cümlədən əmlak sığortası üzrə 143 713 min (artım 2,2 dəfə) müqavilə bağlanıb.
Hesabat dövründə icbari sığorta növləri üzrə müqavilələrin sayı 18% artaraq 444,317 minə çatıb. Eyni zamanda, OSAGO üzrə 371,239 min müqavilə bağlanıb (artım 22,1%).