Birja

VMF istiqrazlar satmaqla 1 milyon manat cəlb etməyi planlaşdırır

VMF şirkəti 1 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. ENA.az xəbər verir ki, emissiya hər qiymətli kağızın nominal dəyəri 100 manat olan 10 min istiqrazlara bölünüb.

Bakı Fond Birjasında yerləşdirilən istiqrazların ödəmə müddəti 18 ay, kupon dərəcəsi illik 13% təşkil edir (kupon ödənişi hər 90 gündən bir həyata keçiriləcək).

Qeyd edək ki, VMF 1998-ci ildə yaradılıb. Şirkət müxtəlif xidmətlər göstərir, lakin onun əsas diqqəti aksesuarlar və saatlar bazarına yönəlib. Şirkətin nizamnamə kapitalı 20 220 manat, yeganə təsisçisi Vahid Mustafayevdir.

Şirkətin 2022-ci ilin sonuna aktivləri 5,9 milyon manat, öhdəlikləri 2,3 milyon manat, kapitalı 3,6 milyon manat həcmində qiymətləndirilir. 2022-ci il üçün xalis mənfəət 426 min manata yaxın olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)