“AccessBank” yeni işçilər götürüb
“AccessBank”ın əməkdaşlarının sayı artıb. ENA.az xəbər verir ki, 2022-ci il dekabrın 31-nə “AccessBank”da 1320 nəfər çalışıb, 2021-ci ilin sonuna bu göstərici 1261 nəfər təşkil edib.
Beləliklə, 2022-ci ildə bankın işçilərinin sayı 59 nəfər artıb.
Qeyd edək ki, “AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının ilk onluğunda yer alır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır. Asiya İnkişaf Bankı (30,12%), Avropa İnvestisiya Bankı (26,31%) və FMO (14,24%) “AccessBank”ın əsas səhmdarlarıdır.