Sığorta sektorunun gəlirlərində sıçrayış - GÖSTƏRİCİLƏR
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın sığorta sektorunun ümumi gəlirləri 48,1% artaraq 280 milyon 911,2 min manata çatıb. ENA.az xəbər verir ki, bazar iştirakçılarının xalis mənfəəti 56 milyon 209,5 min manat təşkil edib. Bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 42% çoxdur.
Gəlirlərin strukturunda sığorta haqları illik müqayisədə 35,2% artaraq 360 milyon 204,4 min manat olub.
Sığorta bazarı iştirakçılarının investisiya gəlirləri 41,6% artaraq 25 milyon 583,7 min manat təşkil edib. Sığorta haqlarında təkrarsığortaçıların payı 2,3 dəfə yüksəlib və 1 milyon 616,1 min manat olub.
Hesabat dövründə sığorta sektorunun xərcləri 49,3% artaraq 216 milyon 48,3 min manata çatıb. Bununla yanaşı, sığorta ödənişləri 1,7 dəfə artaraq 105 milyon 356,4 min manat təşkil edib. Təkrarsığorta ödənişləri artım 54,4% olub və 39 milyon 157,2 min manata çatıb. Biznes xərcləri 36,7 çoxalaraq 61 milyon 675,3 min manat təşkil edib.
2023-cü ilin 3 ayı ərzində sığortaedənlər tərəfindən 60,8% çox - 8 milyon 653,4 min manat gəlir vergisi ödənilib.