AMAL İnvest Gorup MMC “Xalq Bank”dakı payını satdı
“Xalq Bank” ASC-nin səhmdarlarının payında dəyişiklik olub. ENA.az xəbər verir ki, Bankın səhmdarlarından biri “AMAL İnvest Gorup” MMC payını başqa bir şirkətə satıb.
Belə ki, “AMAL İnvest Gorup” MMC-nin “Xalq Bank”da 16,15% payı vardı. 2022-ci ildə Bank həmin hissələrini “Forton”MMC-yə verib.
Beləliklə, hazırda “Xalq Bank”ASC-nin səhmdarlarını tərkibi belədir:
İdeal Biznes Ko MMC -50%
Yevro Standart MMC -33,85%
Forton MMC-16,15%
Qeyd edək ki, 31 dekabr 2022-ci il tarixə olan məlumata görə, Bankın sahibləri Leyla Əliyeva, Arzu Əliyeva və Arif Paşayevdir.