Taleh Kazımov: “İllik inflyasiya 8.3% olacaq”
Aprel ayının illik inflyasiyası 12.8% təşkil edib.
Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, burada əsas qiymətlərin artımıdır: “Mərkəzi Bankın aprel ayının proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8.3% olacaq. Bizim yanvar proqnozlarımız 7.9% olmuşdu. Dürüstləşmə rəqəmləri nəzərdən keçirildikdən sonra proqnoz 0.4% artaraq 8.3% olub”.