Birja

Neft tələbatın arması gözləntisi davam edir-QİYMƏT

WTI nefti may;n 19-da ticarətdə cüzi ucuzlaşdı, Brent isə müsbət zonada qalır. ENA.az xəbər verir ki, eyni zamanda, hər iki neft brendi həftəni təxminən 3% artımla başa vurur.

Londonun ICE Futures birjasında cümə günü Brent markalı neftin iyul fyuçerslərinin dəyəri 76,03 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,17 dollar (0,22%) çoxdur.

Nyu-York əmtəə birjasında (NYMEX) ticarət zamanı WTI neftinin iyun fyuçerslərinin qiyməti bu vaxta qədər 0,05 dollar (0,07%) ucuzlaşaraq bir barelə görə 71,81 dollar təşkil edib.

Market Watch yazır ki, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistika, eləcə də ABŞ-ın milli borc limiti probleminin həlli ilə bağlı nikbinlik treyderlərə ölkənin ÜDM-nin artmaqda davam edəcəyini və neftə tələbatın artmaqda davam edəcəyini gözləməyə imkan verir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)