Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gedir
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələcəyini açıqlayıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Türkiyədə keçirilən seçkilərdən sonra Paşinyan Ərdoğanı təbrik edərək, dövlətlər arasında münasibətlərin tam normallaşması üçün birgə işləməyə hazır olduğunu bildirib.