Sosial iqtisadiyyat

Türkiyədə iqtisadi idarəetməyə kim rəhbərlik edəcək - MƏLUM OLDU

Dollar/TL seçkidən sonra yeni rekord səviyyələrə çatsa da, 5 illik CDS enişini davam etdirdi. ENA.az xəbər verir ki, bu müsbət tendenskyadır və CDS - Kredit riski mükafatı və ya Kredit Default Swap (ingiliscə: Credit Default Swap - CDS) kreditin qaytarılmama riskini müəyyən etmək və krediti bu riskdən sığortalamaq üçün istifadə edilən dəyərdir. 

Eyni zamanda Ərdoğanın “bazara dost” kabinet elanı ərəfəsində Türk dollar istiqrazları da yüksəlir. Bu arada Bloomberg-in xəbərinə görə, Mehmet Şimşək prezident Rəcəb Tayyib Ərdoğanın yeni kabinetində "Tam Səlahiyyətli Xəzinə və Maliyyə Naziri" olaraq və iqtisadiyyatla bağlı bütün koordinasiyanı öz üzərinə götürəcək.

Səlahiyyətlilərin Bloomberg-ə verdiyi məlumata görə, Mehmet Şimşək bu həftə tez-tez ictimai gündəmə gətirilən vitse-prezident vəzifəsinin yerinə icraçı vəzifə götürmək istəyib. Bununla da Şimşək, Xəzinə və Maliyyə Naziri olaraq kabinetə daxil olmasına qərar verilməsinə razılaşıb. Digər tərəfdən, Şimşək iqtisadi siyasətlərdə "tam səlahiyyət" sahibi olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)