AccessBank yeni konseptli növbəti filialını təqdim etdi
AccessBank filial şəbəkəsini yeni konseptsiyaya uyğunlaşdırmağa davam edir. Bank, bu dəfə Bakının Bakıxanov qəsəbəsində yerləşən eyniadlı filialını yeni konseptdə müştərilərin xidmətinə təqdim edib. Filial Bakıxanov qəsəbəsində Səməd bəy Mehmandarov 28A ünvanında yerləşir.
AccessBank filiallarında müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir.
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi işlərini çərçivəsində Binəqədi, Mərdəkan, Lənkəran filiallarında yenidənqurma işləri aparıb, Şəmkir, Naxçıvan və Qəbələ filiallarının isə açılışını reallaşdırıb.
AccessBank-ın xidmət şəbəkəsi ilə tanış olmaq üçün:
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.