Birja

May ayında bankların dollar alışı azaldı - NƏTİCƏ

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin may ayında valyuta hərraclarında 277,2 milyon dollar xarici valyuta satıb. ENA.az Fonda istinadən xəbər verir ki, ARDNF keçən ya 286 milyon dollar satmışdı. Yəni mayda xarici valyuta satışının həcmi 3,1% azalıb.

Fondun məlumatlarına baxsaq,  2023-cü ilin yanvar-may aylarında ARDNF valyuta hərraclarında 1 milyard 492,2 milyon dollar satıb. Bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 39,4% azdır. 

Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında 4 milyard 681,8 milyon dollar satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)