Mask “Twitter”in adını dəyişdirir
Amerikalı iş adamı İlon Mask ona məxsus olan "Twitter" sosial şəbəkəsinin adını dəyişmək planlarını təsdiqləyib.
Mask bununla bağlı paylaşım edib.
"T(w)itter Daily News" portalı daha əvvəl Maskın son müsahibəsindən sitat gətirərək onun gələcəkdə sosial şəbəkənin adının X olaraq dəyişdirilə biləcəyinə işarə edib. Həmin yazıya şərhində amerikalı sahibkar bunun doğru olduğunu təsdiqləyib.