İsrail son səkkiz ildə ilk dəfə olaraq yeni qaz yatağı kəşf etdiyini açıqlayıb
İsraildə son səkkiz ildə ilk dəfə dənizdə Katlan adlı yeni təbii qaz yatağı kəşf edilib.
Bu barədə İsrailin Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, yatağın həcmi 68 milyard kubmetr qiymətləndirilir.
Qeyd edilir ki, Katlanın işlənməsinə başlamaq üçün Yunan-Britaniya enerji şirkəti olan Energean-a icazə verilib.
İsrailin milli infrastruktur, energetika və su ehtiyatları naziri İsrael Katz deyib ki, Aralıq dənizinin sularında yeni kəşflər üçün potensial böyükdür.
Qeyd edək ki, ötən ilin martında İsrail və Türkiyə hakimiyyəti Rusiya Federasiyasından Avropanın cənubuna qaz nəqlinə alternativ yaradacaq qaz kəmərinin tikintisi ilə bağlı müzakirələr aparıb. Tərəflər bir neçə il əvvəl kəşv edilmiş İsrailin Leviafan qaz yatağından (İsrail, İordaniya və Misiri yanacaqla təmin edən) Türkiyəyə sualtı boru kəmərinin çəkilməsi, daha sonra isə Cənubi Avropa ölkələrinə qədər uzanması ideyasına daha yaxından müzakirə etmək qərarına gəliblər.