Bank

"Unibank"ın səhmdarlarının pay bölgüsü dəyişdi

"Unibank Kommersiya Bankı" ASC səhmdarlarının pay bölgüsündə dəyişiklik olub. ENA.az bankın audit hesabatına istinadən xəbər verir ki, Lüksemburq-də qeydiyyatdan keçmiş "Canley Finance SA" şirkəti Bankdakı 7,31% payını əsas səhmdar Eldar Qəribova satıb. Nəticədə Qəribovun bankın nizamnamə kapitalındakı payı 86,7%-dən 94,08%-ə yüksəlib.

Digər səhmdarların payı isə 5,99%-dən 5,92%-ə düşüb. 

31 Dekabr 2022-ci il tarixində "Unibank" 138 milyon 200 min manat nizamnamə kapitalına malik olub.

Hazırda "Unibank" 149 milyon 386 min manat nizamnamə kapitalına malikdir. "Hazırda “Unibank” KB ASC-nin səhmdarları sırasında Azərbaycan Respublikasının rezidenti olan 7 fiziki şəxs var (onlara məxsus səhmlərin nizamnamə kapitalındakı faiz nisbəti 92,5121% təşkil edir) və ən böyük (87,0320%) səhm zərfi Qəribov Eldar Mahmud oğluna məxsusdur",- Bankın saytında bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)