Birja

Neft kəıskin ucuzlaşdı - QİYMƏT

Bugün axşam neft qiymətləri ABŞ dövlət borcunun tavanı və ehtimal olunan tələbin azalması ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşdı.

Çərşənbə axşamı Bakı vaxtı ilə saat 18:46-da Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 73,85 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun qiymətindən 3,22 dollar və ya 4,18% azdır.

Nyu-York əmtəə birjasında (NYMEX) iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər 2,91 dollar (4%) azalaraq 69,76 dollar/barelə bərabər olub.

Trading Economics qeyd edir ki, treyderlər ABŞ Konqresinin borc tavanı sazişinin layihəsini təsdiq etməyəcəyindən narahatdırlar. Sənədin Nümayəndələr Palatasında baxılması çərşənbə gününə təyin edilib.

Kotirovkalara əlavə təzyiq, xüsusən də Çindən tələbin aşağı düşməsi perspektivindən irəli gəlir. 
S&P Global Commodity Insights-ın analitiki Kang Vu CNBC-yə bildirib ki, neft qiymətləri bir barel üçün 85 dolları keçə bilər, lakin yaxın aylarda 90 dollardan aşağı ola bilər. Onun sözlərinə görə, avqusta qədər resursa tələbat sutkada 4 milyon barel arta bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department