İlon Mask üç ildən sonra ilk dəfə Çinə gedib
İlon Maskın şəxsi təyyarəsi Pekində eniş edib.
Bu barədə Reuters xəbər verir.
Bu, milyarderin son üç ildə Çinə ilk səfəridir. Maskın hökumət rəsmiləri ilə görüşəcəyi, həmçinin Şanxaydakı Tesla fabrikinə baş çəkəcəyi gözlənilir.
Hələlik Maskın Çin hökumətindən konkret kiminlə görüşəcəyi və hansı mövzuları müzakirə edəcəyi məlum deyil. Çin dövlət mediasında Maskın ölkəyə səfəri ilə bağlı heç bir məlumat verilməsə də,. Milyarderi Çinin baş nazir Li Qianqla görüşəcəyi istisna edilmir.
Çin Tesla üçün ABŞ-dan sonra ikinci ən böyük bazardır. Bildirilir ki, Tesla Şanxaydakı zavodda elektrik avtomobillərinin istehsalını ildə 450 min ədədə çatdırmağı planlaşdırır.