MALİYYƏ

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 ABŞ dollarına qaldırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barrelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).

2023-cü ildə ÜDM-in real ifadədə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Orta illik inflyasiyanın isə cari ildə 10,4 % (əvvəlki proqnoza (6,9 %) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)