Gündəm

ABŞ-da dərin tənəzzül və işsizliyin artacağı proqnozlaşdırılır

ABŞ-ın dövlət borcu limiti keçərsə, ölkə artan iqtisadi xərclər səbəbindən tənəzzül və işsizliklə qarşəlaşa bilər. Belə olan halda işsizliyin səviyyəsi səviyyəsi ən azı 2,5 dəfə artacaq.

Bu barədə “Yeni Şafak” yazır.

ABŞ-da federal hökumət 31,4 trilyon dollarlıq milli borc həddinə çatdığı üçün nağd pul çatışmazlığı ilə üzləşsə də, limitlə bağlı danışıqlarda hələ də razılıq yoxdur. Bundan əlavə, mövcud vəziyyət ölkəni işsizliyin kəskin artması ilə uzun sürən tənəzzüllə üz-üzə qoya bilər.

Nəşr qeyd edib ki, borc üzrə ödənişlərin həyata keçirilməməsi cəmi bir həftə ərzində ÜDM-in çökməsinə, işsizlərin sayının isə 2 milyon nəfər artacağına gətirib çıxaracaq. Bütün bunlar daha yüksək faiz xərclərinə səbəb olacaq. Bu səbəbdən ABŞ iqtisadiyyatı təkcə böhranın başlanğıcında təxminən 10 trilyon dollar itirə bilər.

Bazar ekspertləri hesab edirdilər ki, işsizliyin artması istehlakçı xərclərinin azalmasına və ixtisarların sayının artmasına gətirib çıxaracağı halda ölkə iqtisadiyyatında mövcud vəziyyət pisləşə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)