Sığorta

“Günay Sığorta”da yoxlama aparılır

“Günay Sığorta” şirkətində ciddi yoxlamalar başlayıb. ENA.az xəbər verir ki, sığorta sektorunun tənzimləyici olan Azərbaycan Mərkəzi Bankı ötən həftədən yoxlamalar aparır.

Hələ ötən həftə Azərbaycan Mərkəzi Bankı açıqlamasında bildirmişdi ki, GünayBank-ın lisenziyasının ləğv edilməsinin GünaySığortaya təsirləri qiymətləndirilir.

ENA.az xəbər verir ki, belə bir təsir mövcuddur, çünki sığorta şirkətinin 4 milyon manatı GünayBank-da yerləşir.  Bu isə sığorta şirkətində kapitalçatışmazlığı yarada bilər.  

Qeyd edək ki1992-ci ildə yaradılan "Günay Sığorta"nın nizamnamə kapitalı son olaraq 11,1 milyon manat açıqlanmışdı. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,48 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri), 21,62 %-i isə "Günay Bank"a məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department