Britaniya Rusiya nefti daşıyan Hindistan tankerlərini sığortalamaqdan imtina edir

Böyük Britaniyanın "Lloyd's of London" sığorta bazarı Rusiyadan ən böyük neft daşıyıcısına çevrilmiş Hindistanın "Gatik Ship management" şirkətinin tanker donanmasının sığortasından iyunun 3-dən imtina etməyi planlaşdırır.
Bu barədə Reuters xəbər verir.
“Lloyd reyestri Rusiya neftinin ticarəti ilə bağlı sanksiya qaydalarına riayət etməyə çalışır. Biz sanksiyaları pozan şirkətlərə xidmət göstərməkdən imtina edirik”, - bəyanatda deyilir.
Nəşr qeyd edib ki, sığortadan imtina Hindistan şirkətinin 36 tankerindən 21-nə təsir edə bilər. Eyni zamanda, hələ aprel ayında "Gatik American Club" da tankerləri sığortalamaqdan imtina etmişdi.
Mayın 13-də Amerikanın “Politico” nəşri yazıb ki, Avropa İttifaqı (Aİ) Rusiyadan gizli şəkildə neft nəql etmək üçün istifadə edilən Rusiyanın “kölgə donanması” tankerləri ilə mübarizəyə yönəlmiş sanksiyalar tətbiq etməyi planlaşdırır.