Bank

Rusiya Mərkəzi Bankının 200 milyard avro aktivi bloklandı

Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox (215 milyard dollar) aktivini dondurub.

Avropa Komissiyasının sözçüsü Kristian Viqand deyib: “Aİ Rusiyanın Ukraynaya vurduğu zərərin əvəzini ödəmək məqsədinə sadiq qalır. Ona görə də biz Rusiya aktivlərinin dondurulması yollarını araşdırmağa davam edirik”.

Viqand Rusiya Mərkəzi Bankının dondurulmuş aktivi ilə bağlı rəqəmləri də təsdiqləyib.

Aİ həmçinin Ukraynaya müdaxilədən sonra 14 aydan çox müddətdə Rusiyanın şəxsi aktivlərindəki 24,1 milyard avronu dondurub. Aİ 1500 nəfərin sərvətini dondursa da, rus milyarderlərinin digər sərvətlərini aşkar edib dondurmaqda çətinlik çəkir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)