Birja

Hərracda 6,2 milyon dollara satılan qol saatı kimin olub?

Honkonq hərracında rekord qiymətə - 6,2 milyon dollara qol saatı satılıb. Saat 300 il davam edən və 1911-ci ildə sona çatan Çin Qinq sülaləsinin son imperatoruna məxsus olub. 

ENA.az xarici mediaya istinadən xəbər verir ki, tarixi sülalənin son imperatoru Aisin-Gioro Puyiyə məxsus olan saat çəhrayı qızıl, platin və nadir elementlərdən hazırlanıb, onun üzərində ərəb rəqəmləri, kiçik saniyələr, Ayın fazaları var. Qol saatı, həmçinin tarixi əhəmiyyət kəsb edən çox qiymətli və unikal antikvar əşya sayılır.

“Mancur imperiyası dövründə Puyi bu nadir saatı hər gün taxırdı. Mən onu təkcə əla keyfiyyətinə görə deyil, həm də Puyi-nin şəxsi əşyası olduğuna görə çox bəyəndim”, -deyə son imperatorun qardaşı oğlu Aisin-Gioro Yuyan hərraca rəhbərlik edən və İngiltərədə yerləşən “Phillips” saytında saatı təsvir edərkən bildirib.

İkinci Dünya müharibəsindən sonra Puyi və qardaşı oğlu sovet ordusu tərəfindən əsir götürülüb və hərbi cinayətlərdə ittiham edilərək SSRİ-nin Xabarovsk həbs düşərgəsinə aparılıb. “Patek Phillippe” firmasının 1937-ci ildə istehsal etdiyi bu qol saatı daha sonra sovet zabitinin əlinə keçib və onun varislərinə qalıb.

Honkonq hərracında qol saatının adını açıqlamayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)