Gündəm

ABŞ-ın dövlət borcunun 31 trilyon dollara yüksəlməsinin - 9 ƏSAS SƏBƏBİ

31 trilyon dollar dövlət borcunun böyük hissəsi son 20 ildə formalaşıb.

Bu barədə Washington Post (WP) məlumat verib və ABŞ-ın milli borcunu 31 trilyon dollara çatdıran doqquz əsas hadisəni sadalayıb.

Qəzetin qeyd etdiyi kimi,. əsasən bu dövrdə qəbul edilən siyasi qərarlar, xüsusən də ABŞ prezidenti Corc Buşun 2001-ci ildə vergi endirimləri hesabına məbləğ artıb. Sonra ümumi borc 5,7 trilyon dollar təşkil edib.

Amerikanın Yaxın Şərqdəki hərbi kampaniyası dövlət borcunun səviyyəsinə də təsir etdi və hərbi ehtiyaclara xərclər artdı. Bütün bunlar dövlət borcunun 6,5 trilyon dollara qədər artmasına səbəb olub.

2006-cı ildə Birləşmiş Ştatlar qocalar üçün pulsuz reseptlə dərmanların verilməsi proqramına başladı. Təşəbbüslə bağlı xərclər dövlət borcunun səviyyəsini 8,4 trilyon dollara çatdırıb.

Tənəzzül 2008-ci ildə dövlət borcunun 11,1 trilyon dollara çatmasına səbəb olub.

2013-cü ildən bəri prezident Barak Obama kiçik Buşun yaratdığı vergi güzəştlərinin müddətini uzadıb və bunun nəticəsində dövlət borcu 16,8 trilyon dollara çatıb.

2017-ci ildə kütləvi vergi endirimləri ilə bağlı qanun layihəsi nəticəsində ABŞ-ın dövlət borcu 20,5 trilyon dollara, 2019-cu ildə isə Prezident Donald Trampın dövründə qəbul edilmiş büdcə təkliflərinə görə 22,7 trilyon dollara yüksəlib.

2020-ci ildə ABŞ hakimiyyəti koronavirus pandemiyasının nəticələri ilə mübarizə üçün trilyonlarla dollar xərcləyib və nəticədə ümumi borc 27,7 trilyon dollar təşkil edib.

Nəhayət, hazırkı prezident Co Baydenin iqtisadi siyasəti 31 trilyon dollar dövlət borcuna səbəb olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)