Birja

JPMorgan-dan səhm əvəzinə qızıl və nağd pul tövsiyəsi

JPMorgan strateqi Marko Kolanovic tərəfindən müştərilərə göndərilən sənəddə bankın borc tavanı böhranı, tənəzzül riski və yüksək qiymətləndirmə kimi faktorlara görə səhm və istiqraz portfelini nağd pulun xeyrinə azaltdığı bildirilib.
 

ENA.az xəbər verir ki, Bank həm səhmlərin, həm də korporativ istiqrazların çəkisini 1 faiz azaldıb, nağd pul həcmini isə 2 faiz artırıb.

Bank müştərilərinə verdiyi brifinqdə Kolanoviç, borc tavanının çıxılmaz vəziyyətinə əlavə olaraq, səhmlərin tənəzzül riskləri, normaldan yuxarı qiymətləndirmələr və yüksək faiz dərəcələri səbəbindən zəif risk-mükafat nisbətinə sahib olduğuna diqqət çəkdi.

Strateq, "Faiz dərəcələrinin aşağı salınması çox güman ki, riskdən yayınma nəticəsində yaranacaq, bu boşluq böyük ehtimalla səhmlər hesabına bağlanacaq və faiz dərəcələri yüksək qalarsa, bu, iqtisadi fəaliyyətə və şirkətlərin müqayisəli qiymətləndirmələrinə təzyiq göstərəcək”, deyib. 

Bank enerji məhsullarından qızıla keçdi
Çində tənəzzül riskini və böyümənin yavaşlamasını əsas gətirərək bank enerji əmtəələrində qərarını dəyişdi və son satış dalğası və borc tavanı müzakirələrindən sonra qızıla keçdi.

Kolanoviç 2022-ci ildə səhm satışı dalğası zamanı Wall Street-in ən böyük optimistlərindən biri idi, lakin bu il iqtisadi mənzərənin pisləşməsi səbəbindən dekabrın ortalarından başlayaraq yanvar və mart aylarında pay bölgüsündə azalma ilə bu il fikrini dəyişdi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)