“Sığorta şirkətlərinin əlaqəli və aşağı reytinqli banklara investisiyaları məhdudlaşacaq”
Sığorta sektorunun tənzimləyicisi bazar iştirakçılarının maliyyə dayanıqlığını qorumaq üçün investisiyalarının lazımi dərəcədə diversifikasiya etməsini diqqət mərkəzində saxlayır. Yaxın gələcəkdə investisiya siyasətinə dair likvidlik və diversifikasiya üzrə əlavə tələblərin tətbiqi də gözlənilir. Bu, sığortaçıların əlaqəli və yaxud aşağı reytinqli banklara investisiyaları effektiv olaraq məhdudlaşdıracaq.
Bunu “AZSIĞORTA” şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev deyib.
O bildirib ki, sığorta bazarı üçün hazırda mövcud olan əsas risk, ilk növbədə, geosiyasi durumun gərginləşməsi, qlobal bazarların parçalanması, müxtəlif sanksiyaların tətbiqi kimi faktorlardır. Nəticədə qlobal iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşlanması gözlənilir. Düşünürəm ki, bu məzənnə dəyişməsi ilə müqayisədə daha ciddi çağırış ola bilər.