HI-TECH

Bill Gates: Süni intellekt alış-veriş saytlarını əvəz edəcək

Microsoft-un həmtəsisçisi Bill Gates, süni intellektin alış-veriş saytlarını və axtarış sistemlərini əvəz edəcəyinə və texnologiya yarışında bu mərhələnin vacib olduğunu vurğulayıb. 
ENA.az xarici mediaya istinadən xəbər verir ki, Microsoft-un həmtəsisçisi Bill Gates, axtarış sistemi və onlayn alış-veriş platformaları üçün ən böyük rəqabətin süni intellektdən gələcəyinə diqqət çəkib.

"Bir daha heç vaxt axtarış saytına girməyəcəksiniz. Heç vaxt Amazona girməyəcəksiniz", - Qeyts deyib.

Goldman Sachs Group və SV Angel tərəfindən San-Fransiskoda təşkil edilən 'AI Forward 2023' tədbirində danışan Qeyts Microsoft-un yarışda olmamasından məyus olduğunu bildirərək sahibkar Reid Hoffman tərəfindən qurulan 'Inflection AI' layihəsinin onu heyran etdiyini bildirib.

"Onun şəxsən qalib olub-olmamasından asılı olmayaraq, bu, böyük bir məsələdir", deyə Geyts vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)