Kapital Bank və onun rəhbər şəxsi qlobal mükafata layiq görülüb
Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank daha bir nüfuzlu mükafata layiq görülüb. Belə ki, Kapital Bank və onun Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova “Employer Brand Stars” (“İşəgötürən Brendi Ulduzları”) qlobal təltifləri üzrə Liderlik istiqamətində olan ən yüksək sayılan qızıl mükafata layiq görülüb.
“Kapital Bank bu gün Azərbaycanda işçi sayına görə ən böyük bankdır. Biz təkcə işçi sayımızı deyil, paralel olaraq işçi təcrübələrimizi və məmnuniyyətini artırırıq. İlk hədəfimiz budur ki, bankda çalışan hər bir insan işdən evə qayıdarkən özü ilə yeni biliklər, əvəzsiz təcrübələr və pozitiv emosiyalar aparsın. Bizim işçi dəyər təklifimiz məhz inkişaf və öyrənmə üzərində qurulub. Ölkəmizin ən böyük işəgötürənlərindən biri kimi bu mükafatı Azərbaycan şirkəti olaraq ilk dəfə məhz biz əldə etmişik”, – deyə, Kapital Bank-ın Təşkilati inkişaf ofisinin lideri Fərqanə Məmmədova bildirdi.
Qeyd edək ki, mükafat London mərkəzli “Employer Brand Academy” tərəfindən təşkil edilir və namizədlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndilir. Bu ilki tədbirdə mükafatlandırılanlar arasında Türkcell, Philipp Morris və s. kimi iri şirkətlər də olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.