Qızıl ucuzlaşır - qiymət
![](https://ena.az/uploads/news/2023-05/_ena_cba3d4515295e355317bed5f4_o.jpg)
Qızıl ABŞ-ın dövlət borcu ilə bağlı müzakirələr fonunda ucuzlaşır. ENA.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,7 % və ya 13,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1963,35 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,93 % düşərək 1 unsiyası 23,64 ABŞ dolları olub.
Hazırda əsas mövzulardan biri ABŞ-ın dövlət borcunun yuxarı həddinin artırılmasıdır və bununla bağlı danışıqlarda hələki ciddi bir nəticə yoxdur.