Paşa Bank Türkiyə və Paşa Bank Gürcüstan bu il zərər açıqlayıb
Paşa Bank Türkiyə və Paşa Bank Gürcüstan bu il zərər açıqlayıb.
Bunun səbəbləri ilə bağlı ENA.az -ın suallarına Bankın İdarə Heyətinin sədri Cavid Quliyev cavab verib.
Əvvəlcə qeyd edək ki, Paşa Bank Gürcüstan 2022-ci ildə 1 milyon manatdan, Paşa Bank Türkiyə isə 11 milyon manatdan yuxarı zərər açıqlayıb.
Cavid Quliyevin sözlərinə görə, Türkiyədə 2022-ci ildə hiperinflyasiya baş verib. 70 faiz ətrafında olan bu dəyərsizləşmə Türkiyədəki əksər bankıar kimi Paşa Bankın törəməsinə də təsir göstərib. Bankın baş inzibatçısı Murad Süleymanovun sözlərinə görə, bu il inflyasiyanın 50 faizə düşəcəyi gözlənilir və Türkiyədəki qrum 2022-ci ildə ümumilikdə yaxşı performans göstərib.
Paşa Bank Gürcüstanın isə xərcləri hələki yüksəkdir, çünki bank orada korporativ bankçılıqdan pərakəndə bankçılığa keçib. Bu isə idarəetmə və xidmət baxımından əlavə xərclər yaradıb.