Hadisə

Moskva quş qripinə görə karantinə alındı

Rusiya paytaxtı Moskva quş qripinə görə karantinə alınıb. ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin bir sıra rayonlarında kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

Əsasən, şəhərin Brateevo, Kapotnya, Marino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo rayonlarında karantin elan edilib.

Bu barədə Moskva şəhər meri Sergey Sobyanin sərəncam imzalayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)