Sənaye

Azərbaycanda benzin və dizel satışı artıb

Azərbaycanda neft məhsullarının istehsal həcmi 1 milyard 443,7 milyon manatdır. Bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 18,1% azdır.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-aprel aylarında avtomobil benzini istehsalında 31,1% - 471,7 min tonadək, qazoyl (dizel yanacağı) istehsalında 26,1% - 556,2 min tonadək, sürtkü yağları istehsalında 46,5% - 21,1 min tonadək, neft koksu istehsalında 45,8% - 84,3 min tonadək, maye qaz istehsalı 24,1% - 91,7 min tonadək artım qeydə alınıb.

Soba mazutu 91,5% - 3,1 min tonadək, neft bitumu istehsalı 43,2% - 55,4 min tonadək azalıb.

2023-ci il mayın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 33,7 min ton avtomobil benzini, 28,3 min ton təyyarə yanacağı, 107,8 min ton dizel yanacağı, 1,7 min ton soba mazutu, 7,3 min ton sürtkü yağı, 1,6 min ton maye qaz, 9,7 min ton neft bitumu, 35,4 min ton neft koksu var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)