Qarabağ

Paşinyan: "Ermənistan Azərbaycanın 86,6 kvadrat kilometr ərazisinin bütövlüyünü tanıyıb"

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır". 

ENA.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib.

Paşinyan qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan tərəfi Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Alma-Ata bəyannaməsinə əsaslanan münasibətləri tənzimləmək barədə razılığa gəliblər. 

“Üç gün əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın Azərbaycanın 86,6 kvadrat kilometr ərazisinin bütövlüyünü tanıdığını vurğulayaraq irəliyə doğru addım atdıq, Azərbaycan isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyıb”, - deyə Paşinyan bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)