Azərbaycanda nə qədər aktiv şirkət var? - RƏSMİ
Azərbaycanda 104,95 min aktiv kommersiya qurumu qeydiyyata alınıb. Bu, rəqəm 1 may 2023-cü ilə olan göstəricidir və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9% çoxdur. ENA.az xəbər verir ki, dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 166 min təşkil edib.
Onlardan 104 min 95-nin fəaliyyəti aktiv olub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9% artıb.
Mayın 1-nə kommersiya hüquqi şəxslərin 90,2%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,3%-i səhmdar cəmiyyəti (sc), 1,1%-i kooperativ formalarda yaradılıb.
Həmçinin, 32,05 min təşkilat aktiv ƏDV ödəyiciləridir, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% çoxdur.
Yanvar-aprel ayları ərzində 5,305 min kommersiya təşkilatı dövlət qeydiyyatından keçib. Onlardan 87,7%-i yerli investisiyalar ilə şirkətlər, 12,3%-i – xarici investisiyalar ilə təşkilatlardır.
Hesabat dövründə qeydiyyata alınan kommersiya qurumlarının 82%-i eıektron formada qeydiyyatdan keçib.
Ümumilikdə, 1 may 2023-cü il tarixinə Azərbaycanda 1 milyon 442,086 min vergiödəyicisi qeydiyyata alınıb, onların 87,3%-i - fiziki şəxslər, 12,7%-i - hüquqi şəxslər və digər təşkilatlardır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 6,1%, o cümlədən fiziki şəxslərin sayı - 5,6%, hüquqi şəxslərin sayı - 9,6% artıb.