Çinin iqtisadi proqnozları “çin olmadı”
2023 -cü il üzrə Çinin iqtisadiyyatıyla bağlı fikirlər olduqca yüksək idi. ENA.az xəbər verir ki, Covid-19 pandemiyasının buraxdığı təsirləri toparlamağa çalışan Çin, meqapolis şəhərlərdə 12 milyondan çox yeni iş yerlərinin yaradılmasını, eyni zamanda istehlakçı qiymət indeksini cari il üçün 3%, işsizliyi isə 5.5%-də saxlamağı nəzərdə tutmuşdu.
Lakin aprel ayı üçün inkişaf gözləniləndən xeyli aşağı oldu. Pandemiya dövrünün qadağalarının artması nizamsız bir inkişafa səbəb olub. 2022-ci ilin Çin sənayesinin inkişaf göstəricilərinə baxsaq, 2023-cü ilə nisbətən 6.5% artım olduğunu görərik.
Bu nəticələrə əsasən, 2023-cü il üzrə Çində durğun, nizamsız iqtisadi inkişaf gözləniləcəyini demək olar. Analitiklər isə gələcək aylardakı artım-azalmaları diqqətlə izləməyi tövsiyə edirlər. Dövlət bu yavaşlamanı aradan qaldırmaq üçün addımlar atarkən, investorlar bu durğunluq şəraitində Çinə investisiya qoymaqda gözləmə mövqeyinə keçiblər.
Nigar Abbasova