Tenderlər

Mərkəzi Bankdan - TENDER ELANI

Tender 5 lot üzrə keçirilir.

lot 1 - Mərkəzi Bankın Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmət və odadavamlı məhlulun alınaraq vurulması işləri
lot 2 - Mərkəzi Bankın Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmət və müvafiq sahəyə uyğun zəruri avadanlıq, iş və mal-materiallar
lot 3 - Mərkəzi Bankın Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki, habelə kabellərin izolyasiya müqavimətinin ölçülməsi və ildırım ötürücülərin yoxlanılması xidmətləri, elektrik malları və məişət avadanlıqları
lot 4 - Mərkəzi Bankın Bakı şəhəri Rəşid Behbudov 90 ünvanında yerləşən əsas inzibati binasında 550 kVA-lıq generator qurğusunun təchizatı və quraşdırılması işləri
lot 5 - Mərkəzi Banka məxsus nəqliyyat vasitələrinə texniki xidmətlər


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Rəşid Behbudov 90 (AZ1014) (Əlaqələndirici şəxs :Elvin Şirdanov; Ceyhun Səməndov, telefon :(012) 493-11-22 (428; 599)) ünvanından ala bilərlər .
İştirak haqqı

lot 1 - 80 manat 
lot 2 - 80 manat 
lot 3 - 80 manat 
lot 4 - 80 manat 
lot 5 - 80 manat 
Hesab:    AZ25NABZ01701190000000001944
VÖEN    9900071001
Bank:    Mərkəzi Bank 
Kodu:    501004
VÖEN:    9900071001
M/H:    AZ74NABZ01451700000000001944
S.W.İ.F.T:    BİK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər:

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-03-11 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-03-27 18:00qədər Bakı, Rəşid Behbudov 90 (AZ1014) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-03-28 15:00 tarixində Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department