Sənaye

Azərbaycanın sənaye zonalarında 10 milyardlıq məhsul istehsal edilib

İndiyədək sənaye zonalarında 9,6 milyard manatlıq məhsul istehsal olunub, bunun 3,1 milyard manatı ixrac edilib. ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bugün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu ilin birinci rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 milyon manatlıq məhsul satılıb. Bu isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 55-dən çox ölkəsinə ixrac edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)