Gündəm

Ərəb dövlətlərinin liderlərinə verilən hədiyyə müstəsna hal kimi Azərbaycan Prezidentinə təqdim edilib

Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

ENA.az xəbər verir ki, bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi deyib ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)