Hesablama Palatası Naxçıvanda yoxlamalar aparır
Azərbaycan Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində yoxlamalara başlayıb.
ENA.az xəbər verir ki, bu barədə “Report”a qurumdakı mənbə məlumat verib.
Bildirilib ki, yoxlamalar çərçivəsində Xidmətin ötən illər ərzində cari və investisiya xərclərin monitorinqi aparılır.
Yoxlamalar ümumilikdə iki həftə davam edəcək.