Sosial iqtisadiyyat

ÜDM-də lider sektorlar hansılardır? – Rəsmi nəticələr  

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi daxili məhsulun həcmi 39 milyard 986,5 milyon manat olub. ENA.az xəbər verir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1% çoxdur. Beləliklə, əhalinin hər nəfərinə düşən ÜDM 3 min 945,5 manata bərabər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% yüksəlib.

ÜDM istehsalının 46,8%-i sənaye, 8,9%-i ticarət, 5,5%-i nəqliyyat və anbar təsərrüfatı, 4,6%-i tikinti, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrinin, 17,6%-i digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 2,7% səviyyəsində proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)