Xarici ticarətdə İtaliya liderdir
2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 89 ölkəyə məhsul ixrac olunmuş, 165 ölkədən idxal olunub.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25.3 faizi İtaliya, 13.8 faizi Türkiyə, 9.0 faizi Rusiyanın payına düşür. Bundan başqa, 5.3 faizi Çin, 3.9 faizi Almaniya, 3.8 faizi İsrail, 3.5 faizi İspaniya, 3.2 faizi Yunanıstan, 3.1 faizi Hindistan, 2.7 faizi Rumıniya, hər biri 2.5 faiz olmaqla Çexiya və Fransa, 2.3 faizi Gürcüstan, 1.8 faizi Türkmənistan, 1.4 faizi Avstriya, hər biri 1.1 faiz olmaqla İran və Qazaxıstan, 1.0 faizi Vyetnam, 12.7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.