BİZNES

Bakıda daha bir "McDonald's" açılacaq

Bakıda daha bir "McDonald's" restoranı və “McCafe” açılacaq.

Restoran Bakı Bulvarında, "Crescent" (Aypara otel və iş mərkəzi kompleksi) yaxınlığında istifadəyə veriləcək. 

"Bakının möhtəşəm dəniz mənzərəsilə və bu gözəl "Aypara" mənzərəsi ilə ləzzətli bir “McCafe”sini içdiyinizi təsəvvür edin", - '​"McDonald's Azerbaijan" QSC-də Əməliyyatlar və Satış Direktor Cihan Bıçakçı bildirib.

Bundan əvvəl şəbəkənin ölkəmizdə 23-cü restoranının Sumqayıtda dənizkənarı bulvar ərazisində istifadəyə veriləcəyi barədə məlumat yayılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)