AccessBank nizamnamə kapitalını artırıb

İli mənfəətlə başa vuran bankların bəziləri nizamnamə kapitalına əlavə pul qoyublar.
ENA.az xəbər verir ki, Azərbaycandakı Avropa bankı olan AccessBank-ın nizamnamə kapitalı 2022-ci ilin birinci rübünün sonuna 258 milyon manat olduğu halda, hazırda 270 milyon manata yüksəldib.
Beləliklə, bank nizamnamə kapitalını 4,4% artırıb. Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, Bankın xalis mənfəəti 15 milyon manat olub.