MALİYYƏ

"Xahiş edirəm, “devalvasiya” sözündən az istifadə edin"

Mərkəzi Bank uçot dərəcəsini 0,5 faiz ucuzlaşdırmaq haqqında qərar qəbul edib.

"BI" xəbər verir ki, Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, bu, onu göstərir ki, manatın məzənnəsi üçün heç bir təhlükə yoxdur.

Mərkəzi Bank sədri qeyd edib ki, neftin qiyməti dekabr ayından bəri 20% artıb və proqnozlara görə, “qara qızıl”ın qiyməti 60-70 dollar arasında dəyişəcək:

“Tərəzinin sol gözündə risk faktorları var və bunlar xarici faktorlardan çox asılıdır, ancaq balansın tapılması üçün ciddi tədbirlər görülür”.

Elman Rüstəmov jurnalistlərə müraciət edib:

“Xahiş edirəm “devalvasiya” sözündən az istifadə edin, əvəzinə çevik məzənnə, üzən məzənnə, yumşaq məzənnə terminlərini işlətmək daha düzgündür”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)