Dünya Bankının yeni prezidenti o oldu

Ajay Banqa Dünya Bankının prezidenti təyin edilib.
Məlumata görə, bu barədə Bankın Direktorlar Şurası məlumat yayıb.
Bu vəzifədə Devid Malpası əvəz edəcək Ajay Banqa iyunun 2-də vəzifəsinin icrasına başlayacaq. Hazırda Banqa "General Atlantic" investisiya şirkətinin vitse-prezidenti vəzifəsini tutur.
"The New York Times"ın məlumatına görə, Banqa 2010-cu ildən 2021-ci ilə qədər "Mastercard"a rəhbərlik edib.