Sosial iqtisadiyyat

Nəqliyyat sahəsində dəyişiklik olacaq - QƏRAR

Nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra normativ hüquqi aktlara dəyişiklik ediləcək.

ENA.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, on beş gün müddətində:

Nəqliyyatı Əlaqələndirmə Şurasının Əsasnaməsinin layihəsini Nazirlər Kabinetinə təqdim etməlidir;

Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini Nazirlər Kabinetinə təqdim etməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)